Slimfit
  1. CƏMİYYƏT

Hacı Şahin: İnsanlar Məhərrəm ayı ilə bağlı tövsiyələrə əməl edirlər

Hacı Şahin: İnsanlar Məhərrəm ayı ilə bağlı tövsiyələrə əməl edirlər
Sakura

Hacı Şahin: İnsanlar Məhərrəm ayı ilə bağlı tövsiyələrə əməl edirlər

Azərbaycanda insanlar koronavirus pandemiyası dövründə Məhərrəmlik mərasimlərinin keçirilməsi ilə bağlı tövsiyələrə əməl edirlər.

Ens.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Bu il Məhərrəm ayının pandemiya şəraitində qeyd olunduğunu xatırladan Ş.Həsənli bildirib k, öncədən din xadimlərinin mərasimlərin kütləvi şəkildə qeyd edilməməsi ilə bağlı əhaliyə müraciəti oldu:

“Məhərrəm ayı ilə bağlı əsas tədbirlər həmişə ilk 10 gündə keçirilirdi. Bu il ilk 10 gündə məclislər fəaliyyət göstərmədi və insanlar evlərində fərdi qaydada bu mərasimləri öz ailələri ilə qeyd etdilər. Ancaq məscidlərdə də canlı yayımlar keçirildi, ayinlər sosial şəbəkələr üzərindən icra olundu və insanlar evlərindən canlı olaraq bu ayinlərə qoşula bildilər. Hazırda da bu qaydalara ciddi şəkildə riayət olunur və insanlar məscidlərə toplaşmırlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR