Slimfit
  1. ƏDƏBİYYAT

Hacı Rza Sərraf - Olmusan can verməyə amadə, xoş gəldin, oğul

Hacı Rza Sərraf - Olmusan can verməyə amadə, xoş gəldin, oğul
Sakura

Hacı Rza Sərraf - Olmusan can verməyə amadə, xoş gəldin, oğul

Olmusan can verməyə amadə, xoş gəldin, oğul,
Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.

Yatmadım on səkkiz il, bir sən kimi can bəslədim,
Xuni-dil sərf eylədim, ləli-Bədəxşan bəslədim,
Mən səni, əlhəq, bu gündən ötrü qurban bəslədim,
Yaxşı vaxtımda yetişdin dadə, xoş gəldin, oğul.

Zəhmətin çəkdim, yetirdim mən səni bu həddivə,
İmdi var bir xahişim, verrəm qəsəm öz cəddivə,
Bir qabağımda yeri, eylim tamaşa qəddüvə,
həsrətim ta qalmaya dünyadə, xoş gəldin, oğul.

Bəs ki, cami-eşq ilən sərməstü mədhuş olmusan,
Şahidi-bəzmi-məhəbbətlən həmağuş olmusan,
Durma, get çün zövqü şövq ilən kəfənpuş olmusan,
Razıdır bu getməyə Leyla de, xoş gəldin, oğul.

Varsa gər başında sövdayi-bəla cəmiyyəti,
Ver başın başdan, Əli, kəs dərdi-sərdən ülfəti.
Bəs ki, əbruyi-kəci-canan ilə var nisbəti,
Aşina ol xəncəri-fuladə, xoş gəldin, oğul.

Çəkmə zəhmət, bir belə alati-cəngə olma bənd,
Qaşların üryan qılıncdır, zülfi-pürçinin kəmənd.
Qəm yemə doğransa cismin rizə-rizə, bənd-bənd,
Gəlmə hərgiz ney kimi fəryadə, xoş gəldin oğul.

Daim istərdim ola feyzi-şəhadət hasilin,
Lüləhülhəmd, oldu hasil aqibət kami-dilin.
Xəncəri-xunriz əlində müntəzirdir qatilin,
Rəhm qıl, rəhm etməyən cəlladə, xoş gəldin, oğul.

Tut əlində nəqdi-can, bazari-eşqə qoy qədəm,
Can ilən al hər tərəfdən gəlsə kalayi-sitəm,
Baxma, al hər qiymətə olsa mətai-dərdi-qəm,
Yox ziyanın bir belə sevdadə, xoş gəldin, oğlum.

Gərçi bu qürbət vilayətdə qəribi-bikəsəm,
Qalmışam avvarə, girdab üzrə bir xarü xəsəm,
Razıyam bundan belə bu canıva olsun qəsəm,
Peykərin başsız qala səhradə, xoş gəldin, oğul.

Səbt olub çün adıma, ruzi-əzəl tumari-qəm,
Görmədim aləmdə hərgiz dərdi-qəmdən fariqəm,
Tut əlimdən, qəddimi axır bükübdür bari-qəm,
Olmuşäm zülfun kimi üftadə xoş gəldin, oğul.

Afərin bu təbivə, Sərraf, əcəb sərşardır,
Sözdü bu, ya löləyi-tər, ya dürj-şəhvardır,
Bəs ki, şirindir, dəmadəm qabili-təkrardır,
Olmusan can verməyə amadə, xoş gəldin oğul.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR