Slimfit
  1. ƏDƏBİYYAT

Hacı Rza Sərraf - Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə

Hacı Rza Sərraf - Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə
Sakura

Hacı Rza Sərraf - Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə

Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eylə,
Vəli dildə təhəmmül qalmayıb, bir qədər az eylə!

Xədəngi-nazilən vurdun, məni yıxdın, qoyub keçmə,
Müsəlmanəm, mənə islam rəsmilən namaz eylə!

Kərəm qıl başımı torpaqıdan al, qoy bir dizin üstə,
Məni gəl, axır ömrümdə, əzizim, sərfəraz eylə!

Xərab etməkliyə dünyanı bir iyma kifayətdir,
Nə fıkri-qətlü qarət qıl, nə qəsdi-tərki-taz eylə!

Sənə kəc baxsa hər göz, qoyma gözdən, ey kəman əbru,
Onu tut əlbə-əl qurbani-müjgani-deraz eylə!

Bəlagərdanınam, rəhm et mənə, al canımı, qurtar,
Alım dərdin, məni gəl dərdi-sərdən biniyaz eylə!

Təmam eylə mühəddis, şərh vermə hali-Mahmudə,
Danışmaq halətin var söhbəti-hüsnı-Ayaz eylə!

Xədəngi-cansitani-qəmzeyi-canan gəlir, ey can,
Oturma cismdə, öz ruhunu çıx pişvaz eylə!

Tükəndi nəqdi-ömrün getdi, ey Sərrafi-bimayə,
Qocaldın, çarəsiz, öz dərdinə bir çarəsaz eylə!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR