Slimfit
  1. ƏDƏBİYYAT

Hacı Rza Sərraf - Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun

Hacı Rza Sərraf - Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun
Sakura

Hacı Rza Sərraf - Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun

Bu çöldə, bacı, möhnəti-hicran sənin olsun,
Ağlar göz ilə zülfi-pərişan sənin olsun.

Əhd eyləmişəm burda gərək təşnə verəm can, 
Başsız bədənim isti qum üstə qala üryan,
Mənlə yata bu çöldə gərək yetmiş iki can 
Şam içrə, bacı, mənzili-viran sənin olsun.

Bu dəşti-bəla olmuş əcəb bəzmi-mürəttəb,
Qəm camın ediblər meyi-möhnətlə ləbalə, 
Təqsim olunur ali-peyğəmbər, bacı, Zeynə, 
Abbas mənim, abidi-nalan sənin olsun.

Tərk eylər ədu hörmətü Quranü kitabi,
Yəğməye gedər Fatimənin taqətü tabı,
Mən Əsğəri ağuşə ahm, sən də Rübabı,
Bu şərtlə peykan mənim, əfqan sənin olsun.

Bu çöldə batar kakili-Əkbər, bacı, qanə,
Tiri-qəmə Leylanın olur cismi nişanə,
Mən ölməmişəm, gəlməgilən ahü fəqanə 
Mənden sonra bu naləvü efqan sənin olsun.

Görsən başımı Əkbər ilə nizədə həmsər,
Vur başına, gəl naləyə, salma yerə məcər,
Olmuş, bacı can, ruzi-əzəl boylə müqərrər 
Bu dəşt mənim, kuhi biyaban sənin olsun.

Hər zülmü sitəm gəlsə, bacı, olma pərişan, 
Peymaneyi-qəm nuş ele ta sınmaya peyman,
Cəm et başıva silsileyi-Ali Rəsuli,
Sərsilsilə qıl Abidi-bimarü məluli,
Kül üstə qoy, bacı, kəsik başımı xuli,
Tənnur mənim, sineyi-suzan sənin olsun.

Sərrafə riza lazımədir gövhəri məna,
Nə qişr, nə tərkib, nə surət, nə həyulə,
Təhsili kəmalət eləyib qabili-inşa,
Ta ruzi-cəza rövzeyi-rizvan sənin olsun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR