Slimfit
  1. GÜNDƏM

Hacı Muradın nəşi Qaxdan Rusiyaya aparılır?

Hacı Muradın nəşi Qaxdan Rusiyaya aparılır?
Sakura

Hacı Muradın nəşi Qaxdan Rusiyaya aparılır?

"Rusiyanın bir neçə saytında oxudum ki, əfsanəvi Şeyx Şamilin sağ əli olmuş Hacı Muradın nəşi iyunun 2-də doğma kəndində basdırılacaq".

Yeniavaz.comxəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu şəxsi "facebook" profilində yazıb. Politoloq Hacı Muradın Qax rayonu ərazisində yerləşən məzarını da ziyarət edib. E. Şahinoğlu fikirlərinə belə davam edib:

"Məsələ burasındadır ki, Hacı Muradın qəbri Azərbaycanın Qax rayonu ərazisindədir. Yolum Qaxa düşəndə Rusiya impreriyasına qan udduran qəhrəmanın qəbrini ziyarət edirəm. Ona görə də, Rusiya saytlarının xəbəri mənim üçün maraqlı gəldi. Biz nəşin Dağıstana daşınmasına nə vaxt icazə verdik?

Əlbəttə əgər Hacı Muradın nəslindən olan qohumları tarixi şəxsiyyəti doğma kəndlərində basdırmaq istəyirlərsə buna normal baxıram. Sadəcə, 1852-ci ildə Hacı Muradın dəstəsini mühasirəyə alan ruslar onun başını kəsərək Sank-Peterburqa aparıblar. Hacı Muradın başı indi də Sankt-Peterburqdakı muzeyin arxivində saxlanılır. Baş kəsmək qəddarlığın bir nümunəsidirsə, həmin başı uzun illər muzeyin tozlanmış arxivində saxlamaq bir başqa qəddarlıqdır. Ona görə də Hacı Murad İslam ənənəsinə uyğun olaraq başı ilə birgə basdırılmalıdır".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR