Dərc edildi: Baxış sayı: 438
“Güzəştli mənzil”ləri kimlərin aldığı məlum oldu
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatları açıqlayıb.
Rəsmi məlumata görə, Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin seçimi 25 yanvar 2019-cu ildə başa çatdırılıb.
Modern.az xəbər verir ki, statistikaya əsasən mənzillərin 41 faizi yaşı 35-dən yuxarı olmayan gənc ailə üzvləri, 59 faizi isə yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər tərəfindən alınıb.
Ümumilikdə 16 nəfər nağd ödənişlə, 158 nəfər isə ipoteka ilə mənzil sahibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət