Slimfit
  1. AZƏRBAYCAN

"Güzəştli evlər" bu tarixdən satışa çıxarılır

"Güzəştli evlər" bu tarixdən satışa çıxarılır
Sakura

"Güzəştli evlər" bu tarixdən satışa çıxarılır

"Kommersant.az" xəbər verir ki, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzilin, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı gələn il yanvarın 25-də saat 11:00-da başlayacaq və fevralın 8-i saat 11:00-dək davam edəcək.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Bildirilib ki, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edirlər) əsasında mənzilləri seçə biləcəklər.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 174 mənzil çıxarılır. Məlumata görə, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 15.11.2016-cı il tarixli 22880 nömrəli və 27.12.2016-cı il tarixli 23089 nömrəli müsbət rəyləri mövcuddur.

Mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.

Bina №

Binanın yerləşdiyi torpaq sahəsi (m²)

Binada mərtəbə sayı

Binaya giriş sayı

Mənzillərin otaqlarının sayı

Mənzillərin sayı

Mənzillərin daxili perimetr üzrə sahəsi (m²)

Mənzillərin xarici perimetr üzrə sahəsi (m²)

Baş podratçı / ünvanı

Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi

 
 
 
 

1

441,56

12

1

1

2

31,53 – 32,95

40,12

“NN Group” MMC / Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi 27, 8-ci mərtəbə, qapı 1.

1 sentyabr 2018-ci il

 

2

3

56,85 – 57,87

70,44

 

3

2

70,09 – 70,46

84,47

 

2

645,25

9

2

1

1

33,10

40,52

 

2

11

50,12 – 55,02

60,10 – 66,91

 

3

1

69,43

84,47

 

3

665,45

9

2

1

2

33,10

40,52

 

2

6

54,80 – 55,03

66,92

 

3

1

69,92

81,64

 

4

675,52

9

2

1

3

33,10 – 33,37

40,52

 

2

5

54,80 – 55,03

66,92

 

3

1

69,51

81,64

 

5

676,53

9

2

1

4

33,10 – 33,37

40,52

 

2

3

54,65 – 55,03

66,92

 

3

1

69,56

81,64

 

6

687.45

9

2

1

16

33,10 – 33,37

40,52

"Hünər-İnşaat" Firması / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63.

1 sentyabr 2018-ci il

 

2

32

54,65 - 55,03

66,92

 

3

16

69,51 - 69,93

81,64

 

7

665.36

9

2

1

16

33,10 – 33,37

40,52

 

2

32

54,65 - 55,03

66,92

 

3

16

69,51 - 69,93

81,64

 

Azərbaycan Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta

bazar qiymətindən aşağı müəyyən olunub.

1 otaqlı mənzillərin qiyməti – 29 954 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 614 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 959 manatdan başlayır.

Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsi - 4%

Müddət - 3-30 il

Minimal ilkin ödəniş - 10%

Aylıq ödəniş - 1 otaqlı 129-136 manat, 2 otaqlı 205-236 manat, 3 otaqlı 283-288 manat

Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:

Otaqların sayı

Mənzilin qiyməti(manatla)

Əlavə endirim məbləği(manatla)

Əlavə endirimdən sonramənzilin satış qiyməti(manatla)

1

29 954

2 995

26 959

2

47 614

4 761

42 853

3

65 959

6 596

59 363

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR