Slimfit
  1. DÜNYA

Gürcüstanlı nazir müsəlmanların Ramazan bayramını təbrik etdi

Gürcüstanlı nazir müsəlmanların Ramazan bayramını təbrik etdi
Sakura

Gürcüstanlı nazir müsəlmanların Ramazan bayramını təbrik etdi

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili ölkə müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

Ens.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, o, müsəlman həmvətəndaşlarına cansağlığı, sülh və əmin-amanlıq arzulayıb.

K.Tsixelaşvilinin sözlərinə görə, müsəlman icması çoxkonfessiyalı Gürcüstanın ayrılmaz hissəsidir: “Tarixən ölkədə müxtəlif dinlərə məxsus insanlar qarşılıqlı hörmət və dostcasına birgə sülh şəraitində yaşayıblar. Bu ənənə bu gün da davam edir və daha da güclənir”.

Dövlət naziri ölkədə yaşayan müsəlmanlara koronavirus pandemiyası dövründə nümayiş etdirdikləri yüksək vətəndaş məsuliyyətinə görə minnətdarlıq edib: “Müsəlman vətəndaşlarımız dini və dövlət bayramlarını müvafiq tövsiyə və qaydalara uyğun şəkildə keçiriblər. Bir daha müsəlman bacı və qardaşlarımıza möhkəm cansağlığı, xeyirxahlıq və firəvanlıq arzu edirəm”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR