Slimfit
  1. İQTİSADİYYAT

Gürcüstanın işlənmiş avtomobil ixracının 62%-i Azərbaycanın payına düşüb

Gürcüstanın işlənmiş avtomobil ixracının 62%-i Azərbaycanın payına düşüb
Sakura

Gürcüstanın işlənmiş avtomobil ixracının 62%-i Azərbaycanın payına düşüb

2020-ci ilin yanvar-mart ayları ərzində Gürcüstanın işlənmiş avtomobil ixracı illik müqayisədə 26% artaraq 127 913,1 min dollar təşkil edib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında bildirilib. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri 79 195,9 min dollar təşkil edib ki, bu da qonşu ölkənin ümumi ixracının 61,9%-nə bərabər olub. İşlənmiş avtomobil ixracının Gürcüstanın ümumi ixracında payı 16,4% təşkil edib.

Qeyd edək ki, yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 7 983 ədəd avtomobil ixrac edib ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR