Slimfit
  1. DÜNYA

Gürcüstanın DİN etirazçıların gözyaşardıcı, boğucu qazı haradan aldığını araşdıracaq

Gürcüstanın DİN etirazçıların gözyaşardıcı, boğucu qazı haradan aldığını araşdıracaq
Sakura

Gürcüstanın DİN etirazçıların gözyaşardıcı, boğucu qazı haradan aldığını araşdıracaq

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) etirazçıların adi mağazada almaq mümkün olmayan gözyaşardıcı və boğucu qazı haradan əldə etdiyini araşdıracaq.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə DİN-in rəis müavini Aleksandr Daraxvelidze bildirib.

A.Daraxvelidze qeyd edib ki, mitinq iştirakçıları parlamentə soxulmaq cəhdi zamanı gözyaşardıcı və boğucu qazdan istifadə ediblər. Etirazçılar polisə məşəl, daş və butulka atıblar: "Bu zorakı hərəkətlər nəticəsində Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin əməkdaşı xəsarət alıb. Son iki gündə mitinq iştirakçılarının amansız hücumları nəticəsində Daxili İşlər Nazirliyinin 7 əməkdaşı yaralanıb, onlardan biri əməliyyat olunub və hələ də tibb müəssisəsindədir. Bundan başqa, aksiya iştirakçıları Xüsusi Dövlət Mühafizə Xidmətinin binasında və həyətyanı sahədə yerləşən Daxili İşlər Nazirliyinin əməkdaşlarına müxtəlif ağır əşyalar, o cümlədən butulka və daşlar atıblar, gözyaşardıcı qaz tətbiq ediblər. Həmçinin, ictimaiyyət mitinq iştirakçılarından birinin inzibati binada yerləşən videomüşahidə kamerasını necə zədələdiyini açıq şəkildə gördü”, - A.Daraxvelidze bildirib.

O, vurğulayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı rezin güllələrdən istifadə etməyib. Yalnız su şırnaqları, bibər qazı və gözyaşardıcı qazdan istifadə olunub. “Etirazçılar Gürcüstan parlamentinin binasına soxulmağa cəhd ediblər”, - A.Daraxvelidze bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR