Slimfit
  1. DÜNYA

Gürcüstanın baş naziri istefası barədə yayılan məlumatları şayiə adlandırıb

Gürcüstanın baş naziri istefası barədə yayılan məlumatları şayiə adlandırıb
Sakura

Gürcüstanın baş naziri istefası barədə yayılan məlumatları şayiə adlandırıb

Gürcüstanın baş naziri Mamuka Baxtadze istefa verəcəyi barədə yayılan məlumatları şayiə adlandırıb.

Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə hökumət başçısı keçirdiyi brifinqdə bildirib.

M.Baxtadze istefası barədə yayılan məlumatları qeyri-ciddi adlandırıb: “Bununla bağlı hər hansı bir ciddi bəyanat verməkdə çətinlik çəkirəm. Mən komandam ilə birgə hökumət proqramlarını yerinə yetiririk. Bu, olduqca vacibdir və mən xalq və parlament qarşısında məsuliyyət daşıyıram”.

Qeyd edək ki, Gürcüstanın bəzi KİV-ləri M.Baxtadzenin istefa verəcəyi və Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvilinin baş nazir təyin olunacağı barədə məlumatlar yayıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR