Gürcüstanın azərbaycanlı rayon rəhbəri pomidor yığıb
Gürcüstanın Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı Dəmyə-Görarxı kəndində yaşayan Oqtay Qurbanovun ailəsinə baş çəkib.
"Report"un yerli bürosu xəbər verir ki, rayon rəhbəri Qurbanovlara məxsus istixana təsərrüfatında ailə üzvləri ilə birlikdə pomidor yığımında iştirak edib.
Z.Darğallı bildirib ki, Gürcüstan iqtisadiyyatının bir hissəsi olan kənd təsərrüfatının inkişafı hər bir ailənin möhkəmləndirilməsindən və sabitliyindən asılıdır: "Məhz buna görə kənddə yaşayan ailələri dəstəkləmək və kənd təsərrüfatının fəaliyyətinə müvafiq şərait yaratmaq prioritetdir".
İcra başçısı qeyd edib ki, seçkiqabağı vədlərə uyğun olaraq, müntəzəm şəkildə müxtəlif kəndləri ziyarət edəcək və yerli əhalinin ehtiyacları ilə şəxsən tanış olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət