Slimfit
  1. DÜNYA

Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk etdi

Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk etdi
Sakura

Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk etdi

Gürcüstanda deputatlığa namizəd olan Marneuli rayonunun meri Zaur Darğallı vəzifəsini tərk edib.

Ens.az Axar.Az-a istinadən xəbər verir ki, buna səbəb bu gündən seçkiöncəsi 60 günlük təbliğat-təşviqat kampaniyasının başlamasıdır.

Merin səlahiyyətlərini onun müavinlərindən biri icra edəcək.

Z.Darğallı bu gündən seçicilərlə görüşlərə start verib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin olunub. Z.Darğallı majoritar deputatlıq mandatı uğrunda Marneuli-Qardabani dairəsi üzrə mübarizə aparacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR