Slimfit
  1. DÜNYA

Gürcüstandan Türkiyəyə keçən böcək 1 milyard dollar zərər vurdu

Gürcüstandan Türkiyəyə keçən böcək 1 milyard dollar zərər vurdu
Sakura

Gürcüstandan Türkiyəyə keçən böcək 1 milyard dollar zərər vurdu

 Hamımız eyni gəmidəyik. Türkiyəyə milyard dollarlıq ziyan vuran zərərverici ilə mübarizə üçün  Azərbaycan, Gürcüstan, İspaniya və hətta Ukrayna ilə birlikdə hərəkət etməliyik.

CNN-in məlumatına görə, bu sözləri Beynəlxalq INC icmasının nümayəndəsi Pino Kalkani İstanbulda təşkil olunan “Türkiyə və Aralıq dənizi ölkələri məhsulu üçün potensial təhlükə: mərmər bağacığı” adlı konfransda bəyan edib.

Qeyd edilir ki, üç il əvvəl Gürcüstandan keçən ziyanverici Türkiyənin vacib ixrac məhsullarına, fındıq başda olmaqla 300-dən artıq meyvə və bitkilərinə vurduğu zərərin qarşısının alınmasının yolları axtarılır.

Son məlumatlara görə, mərmər bağcığı Türkiyə iqtisadiyyatına 1 milyard dollar zərər vurub.

Pino Kalkani 2020-ci ilin bu ziyanverici ilə mübarizəyə başlamaq üçün ən doğru zaman olduğunu bildirib.

Qeyd edək ki, bir neçə il öncə bu təhlükəli ziyanverici Azərbaycanda da yayılmışdı.

Mərmər bağacığı polifaqdır, bir çox bitkilərlə, o cümlədən  meyvə ağaclarından, alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, tənək, tərəvəz bitkilərindən pomidor, xiyar və bibər, eləcə də bəzək və dekorativ bitkilərin bütün növləri ilə qidalanaraq ciddi zərər vurmaq qabiliyyətinə malikdir. Alma və armud ağaclarında nekroz əmələ gətirir və meyvələri yararsız hala salır. Fındıq və qoz ağaclarında meyvələrin inkişafı dövrünə zərər vurmaqla məhsulun kəmiyyət və keyfiyyətcə pisləşməsinə səbəb olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR