Dərc edildi: Baxış sayı: 768
Gürcüstandan 178 Azərbaycan vətəndaşı Vətənə yola salınıb
Gürcüstanda olan 178 Azərbaycan vətəndaşı Tbilisidən üç avtobusla Vətənə yola salınıb.
“Report”un yerli bürosu xəbər verir ki, təxliyə olunanların koronavirusla bağlı ötən gün verdikləri testlərin nəticələri neqativ çıxıb.
Vətəndaşlar Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq. Onların ölkədəki xüsusi karantin rejimi çərçivəsində yaşadıqları yerə çatmaq üçün bir günlük sərbəst hərəkət icazəsi olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət