Dərc edildi: Baxış sayı: 463
Gürcüstanda yeni dərs ilinin başlanması təxirə salına bilər
Gürcüstanda epidemioloji vəziyyətə görə yeni tədris ilinin başlanılmasının təxirə salınacağı istisna edilmir.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, sentyabrda da Gürcüstan kimi digər ölkələr də COVID-19-la birgə yaşamalı olacaq: “Biz uşaqları bu proseslərə hazırlamalıyıq ki, onlar təhsili fasiləsiz davam etdirə bilsinlər”.
Nazir əlavə edib ki, builki qəbul imtahanları zamanı abituriyentlər üçün tam təhlükəsiz şərait yaradılacaq.
Qeyd edək ki, qonşu ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət