Dərc edildi: Baxış sayı: 614
Gürcüstanda yanacaq bahalaşıb
Gürcüstanda benzin və dizelin qiyməti artıb.
“Report”un yerli bürosu xəbər verir ki, bahalaşma Gürcüstanda fəaliyyət göstərən əksər şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində qeydə alınıb.
“Regular” markalı benzinin qiyməti 5 tetri, digər növ benzin və dizelin qiyməti isə 3-6 tetri bahalaşıb.
Qiymət artımına səbəb milli valyuta olan larinin dəyərdən düşməsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət