Slimfit
  1. SİYASƏT

Gürcüstanda tibbi maskalar Azərbaycandan alınan tənzifdən istehsal olunub

Gürcüstanda tibbi maskalar Azərbaycandan alınan tənzifdən istehsal olunub
Sakura

Gürcüstanda tibbi maskalar Azərbaycandan alınan tənzifdən istehsal olunub

“Gürcüstanda tibbi maska istehsalı üçün lazım olan xammalın alınmasında göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirəm”.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Nazir Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu deyib.

N.Turnavanın sözlərinə görə, Azərbaycanda bir müəssisə xüsusi olaraq Gürcüstan üçün tənzif istehsal edir: “Məhz Azərbaycandan alınan tənziflə biz Gürcüstanda tibbi maskaların ilk partiyasını istehsal etdik”.

O vurğulayıb ki, Gürcüstanın tənziflə təmin olunmasında bu ölkənin Azərbaycandakı səfirliyi və əməkdaşları böyük səylər göstərib.

Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib ki, hazırda ölkədə 8 müəssisədə tibbi maska tikilir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR