Slimfit
  1. DÜNYA

Gürcüstanda “Tbilisoba” bayramı qeyd olunur

Gürcüstanda “Tbilisoba” bayramı qeyd olunur
Sakura

Gürcüstanda “Tbilisoba” bayramı qeyd olunur

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ənənəvi “Tbilisoba” bayramı qeyd olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ikigünlük bayramla əlaqədar Tbilisinin mərkəzində avtomobillərin hərəkəti dayandırılıb.

34-cü dəfə baş tutan “Tbilisoba” bayramı çərçivəsində kənd təsərrüfatı məhsulları yarmarkaları, kulinar festivallar, konsertlər, tamaşalar, sərgilər, müxtəlif idman yarışları, uşaqlar üçün əyləncəli proqramlar və digər tədbirlər keçirilir.

Bayram şənliklərinə Tbilisi sakinləri ilə yanaşı, şəhərin qonaqları da qatılıb.

“Tbilisoba” bayramının ənənəsinə uyğun olaraq oktyabrın 7-də Tbilisi şəhərinin fəxri vətəndaşlarının təltif olunması mərasimi də baş tutacaq.

Qeyd edək ki, “Tbilisoba” bayramı ilk dəfə 1979-cu ildə qeyd olunub. Bayram məhsul yığımı mövsümü, yarmarkalarla əlaqədardır və hər il oktyabr ayında keçirilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR