Slimfit
  1. CƏMİYYƏT

Gürcüstanda “Şəhid” abidəsi: Azərbaycan və gürcü xalqlarının iztirab və mərdlik təcəssümü

Gürcüstanda “Şəhid” abidəsi: Azərbaycan və gürcü xalqlarının iztirab və mərdlik təcəssümü
Sakura

Gürcüstanda “Şəhid” abidəsi: Azərbaycan və gürcü xalqlarının iztirab və mərdlik təcəssümü

Gürcüstanın Saqareco rayonunun Yormuğanlı kəndində 29 ildir “Şəhid” memorial abidəsi ucaldılıb. Abidə 20 Yanvar faciəsi və Tbilisidə 1989-cu ildə törədilən 9 aprel hadisələrində həlak olanların xatirəsinə həsr olunub.

Report”un Gürcüstan bürosu xatirə abidəsinin ərsəyə gəlməsinin tarixçəsini araşdırıb.

Memorialın müəllifi əslən Gürcüstanın Qaraçöp mahalından olan tanınmış keramikaçı-rəssam, Azərbaycanın əməkdar rəssamı mərhum Zahid Hüseynovdur (Şəmirli).

“Şəhid” abidəsinin layihəsi Yormuğanlı kəndindən olan 20 Yanvar şəhidi Ələsgər Yusif oğlu Qayıbovun doğma kəndində xatirəsinin əbədiləşdirilməsi məqsədilə hazırlanır. Kənd ziyalısı Tapdıq Əliyevin bildirdiyinə görə, abidənin yaradılması və ucaldılmasında onun müəllifi Z.Hüseynovun böyük rolu olub. O zaman Bakıda çalışan rəssam Qanlı Yanvar hadisələrindən təsirlənərək Azərbaycan və gürcü xalqlarının ümumi ağrı-acısı ilə yanaşı, azadlıq yolunda əzmkarlığını, qırılmazlığını və mərdliyini bir abidədə əks etdirir.

T.Əliyev xatırladıb ki, Z.Hüseynov abidə üzərində gecə-gündüz, qarlı-şaxtalı havada yorulmadan çalışırdı. Bu işdə müəllifə yaxınları və kənd camaatı da yaxından köməklik göstərirdi. Z.Hüseynov abidəni 20 Yanvar faciəsinin birinci ildönümünə qədər tamamlamağı qarşına məqsəd qoymuşdu. Elə həmin tarixdə də - 1991-ci ilin yanvarın 20-də “Şəhid” abidəsinin açılış mərasimi keçirilir.

Abidə sinəsini qabağa verərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların ümumiləşdirilmiş bir obrazını təcəssüm etdirir və “parçalansam, iztirab çəksəm də qırılmazam” mənasını ifadə edir.

2014-cü ildə Azərbaycanın Gürcüstandakı səfirliyi və SOCAR-ın dəstəyi ilə abidə üçün postament qoyulub və ətrafı abadlaşdırılıb.

Hər il Qanlı Yanvarın ildönümündə “Şəhid” abidəsi ziyarət olunur, Ələsgər Qayıbovla yanaşı həm Azərbaycan, həm də Gürcüstan xalqının azadlığı uğrunda canlarını qurban verən mərd oğul və qızların əziz xatirəsi böyük ehtiramla yad edilir. Anım mərasimlərində azadlıq fədailəri ilə yanaşı abidənin müəllifi Z.Hüseynov da yad edilir.

Abidə kompleksinin ətrafında gələcəkdə də bərpa və abadlıq işlərinin həyata keçirilməsi, ağac və kolların əkilməsi nəzərdə tutulub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR