Slimfit
  1. DÜNYA

Gürcüstanda marixuana qanunu yarımçıq qaldı

Gürcüstanda marixuana qanunu yarımçıq qaldı
Sakura

Gürcüstanda marixuana qanunu yarımçıq qaldı

Gürcüstanın Pravoslav kilsəsi marixuananın tibbi məqsədlər üçün becərilməsini leqallaşdırmağı nəzərdə tutan qanun layihəsinə etiraz edib. Bundan sonra Gürcüstan hökuməti layihəni yarımçıq saxlayıb.

Parlament spikeri İrakli Kobakhidze jurnalistlərə deyib ki, hökumət hər hansı "tələsik qərarlar" verməyəcək və öz mesajını bütün respublika ictimaiyyətinə çatdırmağa çalışacaq, civil.ge saytı yazır.

"Yanlış məlumatlar yayılmaqdadır, buna görə də biz ictimaiyyətə məlumat verməyə xüsusi diqqət yetirməli və daha sonra birlikdə qərar verməliyik", - o deyib.

Kobakhidzenin sözlərinə görə, layihə əleyhdarları insanlara "çaşdırıcı məlumatlar" verir və deyirlər ki, narkotiklərə qoyulan bütün məhdudiyyətlər qaldırılacaq.

Gürcüstanın Daxili İşlər Nazirliyi ayın əvvəlində bildirmişdi ki, layihə qəbul olunsa belə, marixuananın Gürcüstanda satışı yenə də cinayət məsuliyyəti daşıyacaq və layihə qəti olaraq ixrac üçün nəzərdə tutulur, İPN xəbər agentliyi yazır.

Bu ilin yayında gürcü polislər gecə klublarında narkotik reydləri keçirməyə başlamışdı və fəallar iddia edirdi ki, reyd keçirilən klublar geylərin çoxluq təşkil etdiyi yerlərdir.

Polis reydlərindən sonra Gürcüstanda kütləvi etirazlar başlanmışdı.

Gürcüstanın Girçi partiyası etirazlar zamanı narkotik qanunları haqqında ölkənin Konstitusiya məhkəməsinə müraciət etmiş və məhkəmə marixuananın şəxsi istifadəsini leqallaşdırmışdı.

"LGBT propaqandası"

Hökumət hər hansı LGBT gündəminin olmadığını deyib. Kilsə və onun müttəfiqlərinə görə isə, narkotiklə bağlı bütün məsələlər onların gey hüquqlarına qarşı çıxmaları ilə bağlıdır.

Kilsənin mövqeyini tez-tez sosial mediada paylaşan keşiş Andria Jaghmaidze BBC-yə deyib ki, "LGBT təbliğatı kilsənin öyrətdilərinə zidd olan kəskin liberallaşdırılmış narkotik siyasətini yayır".

Marixuananın becərilməsi layihəsi yepiskoplar tərəfindən narahatlıqla qarşılanıb. Pravoslav Kilsəsinin rəhbəri Patriarx II İlia da bazar günü məsələ ilə bağlı açıq danışıb.

"Hökumət bu məsələyə görə məsuliyyəti öz üzərinə götürməlidir. Bu, özəl sektorun öhdəsinə buraxılmamalıdır. Əgər elə olsa, o zaman nəzarət çətin olacaq və xarici ölkələrdən olan narkotik aludəçiləri azadlıqdan yararlanmaq üçün bura gəlməyə başlayacaqlar", - o deyib.

Bundan sonra yüzlərlə kilsə tərəfdarları Tbilisinin mərkəzi sayılan Azadlıq meydanında yürüş keçirib və hökumət qərar verib ki, məsələnin ən yaxşı həlli qanun layihəsini "gözləmədə" saxlamaqdır.

"Uşaqlarımızı itirmək"

Hökumət deyib ki, onlar Patriarxın dediyi kimi məsuliyyəti öz üzərlərinə götürüblər, lakin maddi məsələlər "suyu bulandırmaqda" davam edir.

Gürcüstanın Maliyyə naziri İvane Maçavariani söyləyib ki, Gürcüstan böyüməkdə olan marixuana ixrac bazarına daxil olsa qarşıdakı 2-3 il ərzində 384 milyon dollar gəlir əldə edə bilər.

Patriarx II İlya buna cavab olaraq deyib ki, "Biz uşaqlarımızı itirəcəyiksə, iqtisadiyyatın nə əhəmiyyəti var?"

Kilsə qanun layihəsinə "fasilə verilməsinə" məcbur etdi, lakin hökumət layihəni tez bir zamanda qəbul etmək niyyətindədir.

İrakli Kobakhidze deyib ki, layihə "təcili məsələdir" və parlament gələn həftə bu məsələyə yenidən baxacaq.

"Marixuana leqaldır və leqal maddələrin əldə edilməsinin leqal yolları olmalıdır. Marixuana istehsalı normal işə çevrilməlidir", Girçi partiyasından Zurab Caparidze civil.ge saytına deyib.

 

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR