Slimfit
  1. DÜNYA

Gürcüstanda lüstrasiya haqqında qanun qəbul oluna bilər

Gürcüstanda lüstrasiya haqqında qanun qəbul oluna bilər
Sakura

Gürcüstanda lüstrasiya haqqında qanun qəbul oluna bilər

 Gürcüstanın parlament çoxluğunun üzvü Levan Koberidze qanunverici orqanda lüstrasiya haqqında qanun layihəsi təşəbbüsü ilə çıxış etməyə hazırlaşır.

Report”un Gürcüstan bürosunun məlumatına görə, bu barədə deputat özünün “Facebook” səhifəsində yazıb.

L.Koberidze deputat həmkarlarını qanun layihəsini dəstəkləməyə çağırıb: “Lüstrasiya haqqında qanun! Təcili! Gürcüstanın siyasi həyatında sovet keçmişi ilə tamamilə vidalaşmaq, hər şeyi öz adı ilə adlandırmaq, gələcək nəsillərin daha yaxşı Gürcüstan qurmaları, ölkənin tərəqqi yolu ilə getməsi üçün parlamentdə lüstrasiya haqqında qanun layihəsi təşəbbüsü ilə çıxış etməyi planlaşdırıram. Deputat həmkarlarımı mənə qoşulmağa və bu addımı birgə atmağa çağırıram”.

Qeyd edək ki, Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadzenin sovet diplomatı olması cəmiyyətdə müəyyən narazılıqlar yaradıb. Q.Vaşadze bu yaxınlarda “Deutsche Welle”yə müsahibəsində sovet diplomatı olması ilə fəxr etdiyini deyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR