Dərc edildi: Baxış sayı: 265
Gürcüstanda koronavirusdan növbəti ölüm qeydə alındı
Gürcüstanda koronavirusa yoluxan daha bir nəfər ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisinin 1 saylı Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı 6-ya çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət