Dərc edildi: Baxış sayı: 518
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı
Gürcüstanda koronavirusa yoluxma ilə bağlı 9 hal təsdiqlənib.
“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda xəbər verilib.
Məlumata görə, karantində 162 nəfər saxlanılır.
Qeyd edək ki, qonşu ölkədə daha əvvəl 4 nəfərə koronavirus diaqnozu qoyulmuşdu.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 97 022-yə çatıb. Bunların 53 983 nəfəri sağalıb, 3 311 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət