Slimfit
  1. COĞRAFİYA

Gürcüstanda ikili vətəndaşlıq qüvvəyə minib

Gürcüstanda ikili vətəndaşlıq qüvvəyə minib
Sakura

Gürcüstan pasportu olanlar artıq başqa ölkənin vətəndaşlığını aldıqları təqdirdə ölkə vətəndaşlığından…

Gürcüstan pasportu olanlar artıq başqa ölkənin vətəndaşlığını aldıqları təqdirdə ölkə vətəndaşlığından məhrum edilməyəcəklər.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu kateqoriyadan olan şəxslər "Gürcüstan vətəndaşlığı haqqında" qanuna edilən dəyişikliklərin müəyyən şərtlərinə uyğun gəlməlidirlər.

Xatırladaq ki, 2017-ci ilin sentyabr ayında ölkə parlamenti Gürcüstan vətəndaşlığından məhrumetməyə qadağa qoyulan Konstitusiyaya düzəlişləri qəbul edib. Düzəlişlər 2018-ci ilin oktyabr ayında keçiriləcək prezident seçkilərindən sonra qüvvəyə minməli idi, lakin aprel ayında parlament proseduru sürətləndirməyə qərar verib.

Bu gün üçün başqa ölkənin pasportunu almamışdan əvvəl Gürcüstan hökumətinin razılığının əldə olunacağı halda vətəndaşlığı saxlamaq olar. 2020-ci il dekabrın 31-dən etibarən isə Gürcüstan vətəndaşlığından məhrum edilmək istənilən halda qadağan ediləcək.

Doğum üzrə başqa ölkənin vətəndaşlığını alan uşaqlara gəlincə, onlar 18 yaşa qədər Gürcüstan vətəndaşlığını qoruyacaq. Vətəndaşlığın saxlanılması üçün uşaqların qanuni nümayəndələri əvvəlcədən müvafiq sənədlərlə Gürcüstan hökumətinə müraciət etməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR