Slimfit
  1. AZƏRBAYCANLI

Gürcüstanda icra başçısı vəzifəsinə daha bir azərbaycanlının namizədliyi qeydə alınıb

Gürcüstanda icra başçısı vəzifəsinə daha bir azərbaycanlının namizədliyi qeydə alınıb
Sakura

Gürcüstanda icra başçısı vəzifəsinə daha bir azərbaycanlının namizədliyi qeydə alınıb

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirovun Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə namizədliyi qeydə alınıb.

Bu barədə “Report”un Gürcüstan bürosuna Ə.Bədirov məlumat verib.

Onun sözlərinə görə, Marneuli Seçki Komissiyasına qeydiyyat üçün tələb olunan 995 imza əvəzinə 1200-ə yaxın imza təqdim olunub: “Artıq gənclərdən ibarət təşəbbüs qrupunun müstəqil namizədi kimi rəsmən qeydə alındım”.

Ə.Bədirov 42 nömrə altında Marneuli rayonunun rəhbəri vəzifəsi uğrunda mübarizədə iştirak edəcək.

Qeyd edək ki, azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda icra başçısı vəzifəsinə seçkilər mayın 19-da keçiriləcək. Ə.Bədirov həmçinin hüquq elmləri magistri və Qafqaz Beynəlxalq Universitetinin hüquq elmləri üzrə doktorantıdır. O, yerli azərbaycanlıların hüquqi maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.

Marneuli rayon icra başçısı postuna müxalif Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyevin, müxalif Vahid Milli Hərəkat Partiyasının təmsilçisi Aqil Mustafayevin və hakim Gürcü Arzusu Partiyasından Zaur Darğallıın da namizədliyi qeydə alınıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR