Slimfit
  1. DÜNYA

Gürcüstanda ərzaq məhsulları və geyim bahalaşıb

Gürcüstanda ərzaq məhsulları və geyim bahalaşıb
Sakura

Gürcüstanda ərzaq məhsulları və geyim bahalaşıb

Noyabr ayında Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,9% artıb.

Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 7% təşkil edib. Aylıq inflyasiya göstəricisi tütünsüz 0,8%-ə bərabər olub. Ötən illə müqayisədə qiymətlərdə 6,3% artım qeydə alınıb.

Ötən ay ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,2%, süd, pendir və yumurtanın qiyməti 2,7%, tərəvəzlərin qiyməti 9,3%, qəhvə, çay və kakaonun qiyməti 2,1%, çörəyin qiyməti 1,3%, balığın qiyməti 1% artıb. Meyvə və üzümün qiyməti isə 5,8% ucuzlaşıb.

Geyim və ayaqqabı qrupunda qiymətlərdə 2,1% artım baş verib. Geyimlər 0,5%, ayaqqabılar isə 5,6% bahalaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,4%, alkoqollu içkilər və tütünün qiyməti 15,4%, nəqliyyat xərcləri 3,1%, istirahət xərcləri 7%, restoran və mehmanxana xərcləri isə7,4% artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR