Slimfit
  1. DÜNYA

Gürcüstanda çörək bahalaşa bilər

Gürcüstanda çörək bahalaşa bilər
Sakura

Gürcüstanda çörək bahalaşa bilər

Gürcüstanda çörəyin qiyməti arta bilər.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava bildirib.

Onun sözlərinə görə, Gürcüstana idxal olunan taxılın 90%-i Rusiyanın payına düşür: “Son hadisələr bir daha göstərdi ki, Gürcüstanın müxtəlif taxıl tədarükçüləri olmalıdır. Ölkə iqtisadiyyatının bütün sektorlarının Rusiya ilə sıx əlaqələri var. Bu, yüksək risklər yaradır. Turist embarqosu artıq tətbiq olunub. Növbəti qadağa şərab və ola bilsin ki, bir gün taxıla da qoyulacaq”.

L.Silaqava bildirib ki, Rusiyadan taxılın idxalına hələ rəsmən məhdudiyyətlər qoyulmayıb: “Lakin buna baxmayaraq, idxalçılar çatdırılmalarda gecikmələrlə bağlı problemlərlə üzləşirlər. Bu da, öz növbəsində, çörəyin qiymətinə təsir edə bilər”.

Assosiasiya rəhbəri qeyd edib ki, Gürcüstanda taxıl ehtiyatı olduğundan çörəyin qiymətinin yaxın gələcəkdə sabit qalacağı gözlənilir.

Qeyd edək ki, son günlər Gürcüstanda bəzi təndir sexlərində çörəyin qiyməti 10 tetri bahalaşıb. Son aylar qiyməti 90 tetri olan təndir çörəyi hazırda 1 lariyə təklif olunur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR