Slimfit
  1. AZƏRBAYCAN

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin 120 illiyi qeyd olunub

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin 120 illiyi qeyd olunub
Sakura

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin 120 illiyi qeyd olunub

Gürcüstanın Kaspi rayonunda yerləşən və azərbaycanlıların yaşadığı Mikelcğaro kəndinin salınmasının 120 illiyi tamam olub.

Report”un Gürcüstan bürosu xəbər verir ki, el arasında Cələ deyilən kəndin yubileyinə həsr olunmuş tədbir keçirilib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və Kaspi rayon rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Tədbirdə uşaqların ifasında mahnı və rəqslər təqdim olunub. Qonaqlar kənd əhalisini yubiley münasibətilə təbrik edərək onlara əmin-amanlıq və firavanlıq arzulayıblar.

Mərasimdə kəndin yaranma tarixindən söz açılıb. Bildirilib ki, bu gün Cələ kəndində 250-dən çox ev var və kənddə 1 200-ə yaxın insan yaşayır ki, onların da böyük əksəriyyətini azərbaycanlılar təşkil edir.

M.Dərziyev jurnalistlərə müsahibəsində kənd sakinlərini narahat edən problemlərdən danışıb. O bildirib ki, kənd məktəbində Azərbaycan dili və ədəbiyyatı tədris olunmur və əhalinin içməli su problemi var: “Kənd məktəbində 130-a yaxın şagird təhsil alır. Əhali ilə görüşdə onlar məktəbdə Azərbaycan dili və ədəbiyyatının tədris olunmamsından narazılıq ifadə ediblər. Bu məsələnin həlli üçün əlimdən gələni edəcəyəm. Sakinləri narahat edən problemlərin həlli ilə bağlı hökumət qaşısında məsələ qaldırılacaq. Əminəm ki, bu sahədə müəyyən irəliləyişə nail olacağıq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR