Gürcüstanda Azərbaycanla sərhədə qədər avtomobil yolunun tikintisi bu il başa çatdırılacaq
Azərbaycanla sərhədə qədər yeni Tbilisi-Saqareco (Kaxeti) sürətli avtomobil yolunun tikintisi fəal şəkildə davam edir və 2024-cü ildə başa çatdırılacaq.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilib ki, yeni yolun tikintisi yol hərəkətinin təhlükəsizliyini xeyli yaxşılaşdıracaq və gediş vaxtını xeyli azaldacaq.
Qeyd edək ki, Tbilisi-Saqareco magistralı Tbilisi ilə Kaxetini birləşdirən əsas avtomobil yolunun, eləcə də Azərbaycanın şimal-qərb regionunu birləşdirən tranzit dəhlizinin bir hissəsidir. Avtomobil yolunun tikintisi Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdirilir. Layihənin ümumi dəyəri 527,2 milyon laridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət