Dərc edildi: Baxış sayı: 546
Gürcüstanda Azərbaycan dilli yeni məktəb açılacaq
Gürcüstanın Laqodexi rayonunun azərbaycanlıların yaşadığı Qabal kəndində Azərbaycan dilli yeni məktəb açılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Laqodexi və Kvareli rayonları üzrə majoritar deputatı Quram Macaraşvili bildirib.
Onun sözlərinə görə, yeni məktəb Gürcüstan hökumətinin dəstəyi ilə tikiləcək: “Hazırda Qabal kəndində bir məktəb fəaliyyət göstərir. Yeni məktəbin inşası ilə paralel olaraq fəaliyyətdə olan məktəbin binası da bərpa olunacaq”.
Deputat qeyd edib ki, Qabal kəndində uşaq bağçasının inşası və digər infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı planlar hazırlanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət