Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı artıb

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı artıb
Sakura

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı artıb

2017-2018-ci tədris ilinin sonunda Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 702 nəfər təşkil edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatında qeyd olunub.

Məlumata əsasən, ötən tədris ilinin əvvəlindəki göstərici ilə müqayisədə qonşu ölkənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 11 nəfər artıb.

Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının 501-i Gürcüstanın dövlət, 2 201-i isə özəl universitetlərdə təhsil alır.

Qonşu ölkədə ali təhsil alan əcnəbi tələbələrin ümumi sayı 10 074 nəfər təşkil edir ki, onların da arasında birinci yeri 3 834 nəfərlə Hindistan tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR