Dərc edildi: Baxış sayı: 635
Gürcüstanda 70 yaşdan yuxarı şəxslərlə bağlı qadağa götürülür
Gürcüstanda yaşı 70-dən yuxarı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa ləğv olunur.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin müşaviri İrakli Çikovani bildirib.
Onun sözlərinə görə, bu şəxslər yüksək risk qrupuna daxil olduğundan onlara zərurət olmayan hallarda evi tərk etməmək tövsiyə edilir.
Hökumət rəsmisi əlavə edib ki, sabahdan qapalı məkanlarda tibbi maskadan istifadə etmək, həmçinin sosial məsafə saxlamaq da məcburi olaraq qalacaq.
Qeyd edək ki, qonşu ölkədə fövqəladə vəziyyətin müddəti mayın 23-də başa çatır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət