Slimfit
  1. DÜNYA

Gürcüstanda 320-dən çox məscid var

Gürcüstanda 320-dən çox məscid var
Sakura

Gürcüstanda 320-dən çox məscid var

Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) illik hesabatına həsr olunan tədbir keçirilib.

Report”un Gürcüstan bürosu xəbər verir ki, GMİ-nin sədri şeyx Hacı Ramin İgidov qurumun bu il ərzində gördüyü işlər barədə ətraflı hesabat təqdim edib.

O bildirib ki, Gürcüstanda 320-dən çox məscid var ki, onların 200-ü dövlət qeydiyyatına alınaraq GMİ-nin səlahiyyətinə verilib: “Digər məscidlərin də dövlət qeydiyyatına alınması istiqamətində işlər davam etdirilir. Qeydiyyatla bağlı müəyyən çətinliklər yaranır ki, bu da əsasən məscidlərinin mülkiyyət olaraq sahibliyi məsələsi ilə əlaqədardır”.

R.İgidov deyib ki, bu il ərzində GMİ tərəfindən 32 məsciddə təmir işləri aparılıb.

GMİ sədri təşkilat tərəfindən bu il həyata keçirilən xeyriyyə və digər tədbirlər barədə də danışıb. O, bir neçə inanclı gəncin aternativ hərbi xidmətdən faydalanması və bir neçə məhbusun əfvi və ya həbs müddətinin azaldılması ilə bağlı GMİ tərəfindən təqdim olunan müraciətlərin müvafiq dövlət qurumları tərəfindən qəbul olunduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ölkənin tarix və mədəniyyətinin formalaşmasında müsəlman icmasının böyük rol oynadığını qeyd edib: “Gürcüstanda müsəlmanların sayı 400 min nəfərdən çoxdur və onlar ölkə əhalisinin 11%-ə yaxınını təşkil edirlər. Gürcüstanda müxtəlif məshəblərə məxsus müsəlmanlar bir təşkilatda birləşiblər və bir məsciddə ibadət edirlər. Biz, Gürcüstan İslamı fenomeninin mövcud olduğunu deyə bilərik”.

Agentlik sədri Gürcüstan hökumətinin ölkənin müsəlman icmasına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib: “Gürcüstan Müsəlmanları İdarəsi ölkədə ən böyük dini qurumlardan biridir və onun yüksək hüquqi statusu var. İdarə qonşu Azərbaycan, İran, Türkiyə və digər dövlətlər tərəfindən də tanınıb. Dini Məsələlər üzrə Dövlət Agentliyi bundan sonra da idarəyə dəstək göstərməkdə davam edəcək”.

Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili GMİ-nin son illər həyata keçirdiyi fəaliyyətini yüksək qiymətləndirib. O, çıxışında Gürcüstan hökumətinin müsəlman icmasına dəstək və qayğısından danışaraq ölkədə yaşayan etnik azlıqların din hüquq və azadlıqlarının təmin olunduğunu qeyd edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, digər rəsmi şəxslər, Türkiyə və İran səfirliklərinin nümayəndələri və ziyalılar da iştirak ediblər.  

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR