Slimfit
  1. DÜNYA

Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir

Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir
Sakura

Gürcüstan vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sərtləşdirilir

Gürcüstan hökuməti vətəndaşlıq almaq istəyən xarici vətəndaşlar üçün şərtləri sərtləşdirir.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq “Əcnəbilərin hüquqi vəziyyəti və vətəndaşlığı olmayan şəxslər haqqında” Qanuna dəyişikliklər olunacaq.

Bununla əlaqədar “Vahid Milli Hərəkat” partiyasının hazırladığı qanun layihəsi Gürcüstan parlamentinin siyasi iqtisadiyyat komitəsində birinci oxunuşda müzakirə olunub və dəstəklənib.

Qanuna təklif olunan dəyişikliklərə əsasən, ölkədə iş icazəsi və daimi yaşayış yerinin əldə edilməsi, habelə qeyri-qanuni miqrasiyaya aid şərtlərin sərtləşdirilməsi nəzərdə tutulur.

Parlamentdən bildiriblər ki, bu qanun layihəsi qəbul edildikdən sonra Gürcüstanda 6 il müddətinə müvəqqəti yaşayışa verilmiş icazə daimi yaşayış üçün kifayət etməyəcək. Əlavə tələblər olaraq əcnəbilərin dövlət dilini bilməsi zəruri hesab ediləcək. Həmçinin əcnəbilər Gürcüstana 200 min ABŞ dolları həcmində investisiya yatırmalı və ya əcnəbilərin əmlakı olmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR