Slimfit
  1. AZƏRBAYCAN

Gürcüstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında iştirak edəcək

Gürcüstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında iştirak edəcək
Sakura

Gürcüstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında iştirak edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Latviyanın keçmiş prezidenti, mərkəzin üzvü Valdis Zatlersin rəhbərlik etdiyi nümayəndə heyəti Giorgi Marqvelaşviliyə ötən müddət ərzindəki fəaliyyət və gələcək planlar barədə geniş məlumat verib. G.Marqelaşvili mərkəzin ABŞ-ın Nyu-York şəhərində keçirilməsi plnlaşdırılan növbəti ali səviyyəli toplantısında iştirak edəcəyini bildirib. O, toplantıda məruzə ilə çıxış edəcək.

Görüşdə həmçinin mərkəzin həyata keçirdiyi layihələr, təşkil edilmiş forumlarda Cənubi Qafqaz regionunda, eləcə də dünyada sülhün və təhlükəsizliyin qorunmasına xidmət edən ideya və təşəbbüslərin əhəmiyyəti yüksək qiymətləndirilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR