Dərc edildi: Baxış sayı: 749
Gürcüstan prezidenti: “Gürcüstan və Azərbaycan tarixi və strateji tərəfdaşlardır”
“İkitərəfli sərhəd komissiyasının yaradılmasında iştirak etməyimdən qürur duyuram”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili özünün "Twitter" hesabımda yazdığı paylaşımında qeyd edib.
Prezident bildirib ki, Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası tezliklə başa çatdırılmalıdır: “Mən xarici işlər naziri çalışdığım zaman ikitərəfli sərhəd komissiyasının qurulmasında iştirak etmiş şəxslərdən biri olmağımdan qürur duyuram. Bu proses başa çatdırılmalıdır. Bu ortaq milli maraqlarımıza xidmət edir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət