Dərc edildi: Baxış sayı: 484
Gürcüstan parlamentinin komitə sədri: “Keşikçi Dağı ilə bağlı məsələni siyasiləşdirmək olmaz”
Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava hər kəsi Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələni siyasiləşdirməkdən çəkinməyə çağırıb.
“Report”un yerli bürosu xəbər verir ki, o, bu məsələnin Gürcüstanın dövlət maraqlarına aid olduğunu deyib.
T.Xulordava bildirib ki, məbəd kompleksi məsələsinə soyuqqanlı yanaşmaq lazımdır: “Sərhədlə bağlı danışıqlar prosesinə əlavə çətinliklər yaratmaq olmaz. Azərbaycanda sərhədin delimitasiyası üzrə komissiyanın iclası keçirilir. Komissiyanın fəaliyyətinin nəticələrini gözləmək lazımdır”.
Komitə sədri qeyd edib ki, həddindən artıq gərginlik danışıqlar prosesinə mane olmamalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət