Slimfit
  1. DÜNYA

Gürcüstan hökumətinin Azərbaycan mədəniyyət ocaqlarına gələn il ayıracağı vəsaitin həcmi məlum olub

Gürcüstan hökumətinin Azərbaycan mədəniyyət ocaqlarına gələn il ayıracağı vəsaitin həcmi məlum olub
Sakura

Gürcüstan hökumətinin Azərbaycan mədəniyyət ocaqlarına gələn il ayıracağı vəsaitin həcmi məlum olub

Gürcüstan parlamentinin bugünkü plenar iclasında 2020-ci il üçün dövlət büdcəsi təsdiq olunub.

Report”un yerli bürosu xəbər verir ki, maliyyə sənədində Tbilisidə fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarına ayrılacaq vəsaitin həcmi də göstərilib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə mərkəzi büdcədən ayrılacaq vəsait 47 min lari (28 min manata yaxın) həcmində müəyyən olunub. 

Bu məbləğin 31 min larisi əməkhaqqılarının ödənilməsi, 16 min larisi isə əmtəə və xidmətlər üçün nəzərdə tutulub. Muzey il ərzində min lari (1 165 man) həcmində qanunla icazə verilən gəlir də əldə edə biləcək.

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına isə 2020-ci ildə 145 min lari (85 min manata yaxın) dövlət vəsaiti yönəldiləcək ki, bunun da 131 min larisi əməkhaqqıları, 14 min larisi isə əmtəə və xidmətlər üçün sərf olunacaq. Teatr il ərzində 6 min lari (3 494 man) həcmində qanunvericiliklə icazə verilən gəlir əldə etmək imkanına da malik olacaq.

Parlamentdə büdcəni təqdim edən Gürcüstanın maliyyə naziri İvane Maçavariani gələn ilin yanvarından ölkədə teatr və muzey işçilərinin əməkhaqqılarının orta hesabla 100 lari (58 man) məbləğində artırılacağını bildirib. O qeyd edib ki, 2020-ci il büdcəsində teatr və muzeylərin maliyyələşdirilməsi 5,3 milyon lari həcmində artırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR