Dərc edildi: Baxış sayı: 900
Ermənistana qoyulan qadağanın qüvvəyə minmə tarixi sentyabrın 15-dən oktyabrın 1-dək təxirə salınıb
Gürcüstandan avtomobil nəqliyyatı vasitəsilə Ermənistana buğda, yaxud buğda və çovdar ununun idxalına qoyulan qadağanın qüvvəyə minmə tarixi sentyabrın 15-dən oktyabrın 1-dək təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, Nazirlik erməni sahibkarların ziyana düşməməsi üçün dəmiryolu və dəniz nəqliyyatı vasitəsilə daşınmaların tarifi ilə bağlı Gürcüstan hökuməti ilə danışıqları davam etdirir.
Xatırladaq ki, 28 avqustda Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin sərəncamı ilə sentyabrın 15-dən etibarən avtomobil nəqliyyatı ilə Gürcüstana buğda, yaxud buğda və çovdar ununun idxalı və ya bu məhsulların Gürcüstandan ixracı qadağan edilib. Qadağaya səbəb Rusiya-Gürcüstan sərhəddindəki, xüsusən də, Lars keçid məntəqəsindəki uzun avtomobil tıxaclarıdır. Sərəncama əsasən, taxıl məhsullarının idxal və ixracı bundan sonra yalnız var dəmiryolu və dəniz nəqliyyatı – Poti limanı vasitəsilə həyata keçiriləcək.
Tbilisinin bu qərarı Ermənistanda ciddi narahatlıq doğurub. Erməni ekspertlər taxıl məhsullarının idxalında Ermənistanın blokadaya düşdüyünü bildiriblər. Dənizə çıxışı olmayan və dəmiryolu nəqliyyatının demək olar ki, inkişaf etmədiyi Ermənistan yalnız Gürcüstan vasitəsilə, özü də məhz Şimali Osetiyadakı Yuxarı Lars avtomobil gömrük-keçid məntəqəsi vasitəsilə Rusiya və digər ölkələrdən taxıl və başqa məhsullar idxal edir. Həyəcan təbili çalan erməni ekspertlər Gürcüstanın qoyduğu qadağa nəticəsində Ermənistanda bahalaşma və inflyasının artacağını, taxıl idxalı sahəsində inhisarçılığın yaranacağını bildirirlər.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət