Dərc edildi: Baxış sayı: 413
Gürcüstan çempionatında itin meydana girməsi oyunun dayanmasına səbəb olub
Futbol üzrə Gürcüstan Premyer Liqasının XXVIII turunda keçirilmiş "Dila" - "Torpedo" matçında maraqlı hadisə baş verib.
"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, oyunun 69-cu dəqiqəsində meydana it girib və futbolçularla oynamaq istəyib. Qonaqların qapıçısı Roinu Kvsxvadze heyvanı satikləşdirə bilib. Onun bu hərəkətindən sonra azarkeşlər oyunçunu alqışlayıb. Bu səbəbdən matç üç dəqiqə dayanıb.
Qeyd edək ki, "Dila" - "Torpedo" görüşü qolsuz bərabərliklə başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət