Slimfit
  1. İQTİSADİYYAT

Gürcüstan BTQ-nin tam istismara verilməsinin vaxtını açıqladı

Gürcüstan BTQ-nin tam istismara verilməsinin vaxtını açıqladı
Sakura

Gürcüstan BTQ-nin tam istismara verilməsinin vaxtını açıqladı

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam istismara verilməsi istiqamətində işlər davam etdirilir”.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə 2019-2020-ci illər üzrə Gürcüstanın hökumət proqramının yerinə yetirilməsinə dair hesabatında bildirilib.

Gürcüstanın nazirliklərinin 2021-2024-cü illər üzrə əsas fəaliyyət istiqamətləri haqqında sənədə əsasən, BTQ-nin Marabda-Axalkalaki-Kartsaxi hissəsində tikinti işlərinin aparılması üçün fərdi torpaq sahələrinin alınması və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Sənəddə həmçinin qeyd olunub ki, dəmir yolu xəttinin qar uçqunlarından mühafizəsi üçün əlavə qoruyucu konstruksiyaların inşası da planlaşdırılıb.

Gürcüstan hökuməti hər iki sənədi ölkə parlamentinə təqdim edib. 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR