Dərc edildi: Baxış sayı: 554
Gürcüstan Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyətdən narahatdır
“Gürcüstan hər zaman sülh və sabitliyin tərəfdarı olub”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili Azərbaycan-Ermənistan cəbhə xəttindəki vəziyyəti şərh edərkən bildirib.
Onun sözlərinə görə, münaqişə həm bölgənin, həm də Gürcüstanın təhlükəsizliyi üçün təhdiddir: “Cəbhə xəttindəki vəziyyətdən narahatıq. Gürcüstanın müvafiq qurumları vəziyyəti izləyir və təhlil aparır. Bizim sülh və təhlükəsizliyə dəstəyimiz lazım olarsa, Gürcüstan buna hazır olacaq”.
İ.Sesiaşvili tərəfləri atəşkəsə və sülh danışıqlarını davam etdirməyə çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət