Gürcü spikerdən xəbərdarlıq: Lavrov Gürcüstana gəlsə...
Əgər Lavrov Gürcüstana gəlsə, o zaman onu Tiflisdə etirazlar, hakim komandanın çox prinsipial siyasi bəyanatları qarşılayacaq.
Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Tiflisə gəlmə ehtimalını jurnalistlərə şərh edərkən deyib.
"Gürcüstan Avropa Şurasının sədrliyini qəbul edib və biz üzərimizə tədbirlərin keçirilməsi, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinin görüşünün təşkili ilə bağlı öhdəliklər götürmüşük. Əgər o, Gürcüstana gəlsə, onu etirazla qarşılayacaqlar. Gürcüstanda onu həmçinin hakimiyyətin çox prinsipial bəyanatları gözləyir", – deyə o bildirib.
Qeyd edək ki, Gürcüstan AŞ-ın sədri kimi may ayında Avropa Şurası Nazirlər Komitəsi və üzv ölkələrin nümayəndələrinin görüşünü keçirməlidir. İlkin məlumata görə, bu görüşdə Rusiyanı Lavrov təmsil edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət