Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Günvurmadan necə qorunaq?

Günvurmadan necə qorunaq?
Sakura

Günvurmadan necə qorunaq?

Yay mövsümündə ən çox müşahidə edilən hallardan biri də günvurmadır. "Qafqazinfo" xəbər verir ki, günün çox hissəsini açıq havada keçirmək, günəş altında fasiləsiz şəkildə fiziki işlə məşğul olmaq günvurma təhlükəsi ilə üz-üzə qoyur.

Yüksək təzyiqdən, endokrin sistemi xəstəliklərindən, ürək ritminin pozulmasından əziyyət çəkənlər və çəki artıqlığı olanlarda günvurma halları daha çox müşahidə olunur. Həmin kateqoriyadan olanlar isti günəş şüaları altında çox qalmamağa çalışmalıdırlar. Lakin hansısa zərurətdən buna məcbur olduqda mütləq qoruyucu vasitələrdən, məsələn, papaq, baş örtüyü, çətir və s. istifadə etmək lazımdır. Onlar həmişə öz yanlarında sərin su gəzdirməli və çoxlu maye qəbul etməlidirlər.

Günvurma nəticəsində orqanizmdə ciddi problemlər yarana bilər, ürəkbulanma, gözün qaralması, güclü başağrıları və bəzən də qusma halları baş verir. Belə olan halda ilk növbədə günəşin təsirinə məruz qalan xəstəni sərin və kölgəli yerə çəkmək, üst geyimlərini yüngülləşdirmək lazımdır. Bədən hərarətini aşağı salmaq üçün ona soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək lazımdır. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə buz və ya bu mümkün olmadıqda soyuq su ilə islatma qoyulmalıdır. Huşunu itirdiyi halda zərərçəkənə naşatır spirti iylətmək, tənəffüs olmadıqda isə süni tənəffüs vermək tələb olunur. Bundan sonra mütləq həkimə müraciət etmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR