Dərc edildi: Baxış sayı: 648
Günəş məhv olduqdan sonra kristala çevriləcək
Britaniyalı alimlər Günəş ulduzu ilə bağlı yeni tədqiqatın nəticələrini “Nature” jurnalında dərc ediblər.
“Ölkə.Az” xəbər verir ki, Uorik universiteti alimlərinin qənaətinə əsasən, Günəş məhv olduqdan sonra bərk kristala çevriləcək.
Tədqiqatçıların fikrinə əsasən, 10 milyard il sonra Günəş bahalı daşa çevriləcək.
Alimlər iddia edirlər ki, ağ cırtdan ulduzların materiyasının zaman keçdikcə kristallaşdığına dair məlumatlar əldə ediblər. Bu proses isə belə ulduzların hamısında baş verir. Ağ cırtdan ulduzların dərinliklərində təzyiq çox yüksəkdir. Müəyyən şərtlərdə isə ulduzlar almaza çevrilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət