Gündoğar ölkədə doğum böhranı – Rekord
Yaponiyada dövlət statistikası əhalinin sürətlə azaldığını və doğum sayının rekord səviyyədə aşağı düşdüyünü təsdiq edir.
Axar.az xəbər verir ki, 2018-ci ildə ölkədə bir qadına orta hesabla 1,42 uşaq doğumu düşüb. Bu, 2017-ci il göstəricisindən qismən azdır.
Ötən il ölkə ərazisində 920 min körpə dünyaya gəlib. Bu da həmin statistikanın aparılmağa başladığı 1899-cu ildən bəri ən aşağı göstəricidir.
Həmin il ölənlərin ümumi sayı isə 1 milyon 360 min nəfər təşkil edib ki, bu da II Dünya müharibəsindən sonra ən böyük göstərici olub.
Ölənlərlə yeni dünyaya gələnlərin say fərqi 444 min nəfər təşkil edib ki, bu da 11 ildir davam edən azalmada yeni rekord hesab olunur.
Ölkədə qadınlarla kişilər arasında imzalanan nikah müqavilələrinin sayı isə 586 minə bərabər olub. Bu rəqəm də II Dünya müharibəsindən sonra ən aşağı göstəricidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət