Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Gündə iki fincan kofe nəyə səbəb olur?

Gündə iki fincan kofe nəyə səbəb olur?
Sakura

Gündə iki fincan kofe nəyə səbəb olur?

Gündə iki fincan qəhvə içmək ömrü uzadır. e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, qəhvənin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. “European Journal of Epidemiology” adlı elmi nəşrdə dərc olunan yeni bir araşdırmaya görə, gündə 2 fincan qəhvə içməyin sağlamlığa qeyri-adi təsiri var. Araşdırmaya görə, gündə 2 fincan qəhvə içmək insan ömrünü təxminən iki ilə qədər uzadır. 4 milyona yaxın insan barədə və yarım milyona yaxın ölüm halı ilə bağlı aparılan 40 araşdırma təhlil ediləndən sonra məlum olub ki, qəhvə içmənin ölüm səbəbləri ilə heç bir əlaqəsi yoxdur.

Alimlər belə qənaətə gəliblər ki, gündə iki-dörd fincan qəhvə qəbul edənlərin arasında ölüm halları heç qəhvə qəbul etməyənlərlə müqayisədə daha azdır.

Qəhvənin xərçəng, ürək-damar, şəkərli diabet və tənəffüs yolları xəstəliklərinin yaranması və ölüm riskini azaltdığı bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR