Gündə altı fincan qəhvə erkən ölüm riskini azaldır
“Ölkə.Az” xəbər verir ki, bu yaxınlarda aparılan tədqiqatın isə maraqlı nəticələri üzə çıxıb.
ABŞ-ın Milli Onkologiya İnstitutu və Səhiyyə İnstitutunun alimləri 10 mindən çox insan üzərində 10 il tədqiqat aparıblar. Nəticələr isə bir çox insanı təəccübünə səbəb olub. Tədqiqata görə, içilən qəhvə xərçəng, yaddaş problemi və ürək xəstəlikləri kimi yaşlanma ilə bağlı ortaya çıxan xəstəliklər və erkən ölüm riskini azaldır.
Gündə 1 fincan qəhvə içmək erkən ölüm riskini 8% azaldır. Gün ərzində 2-5 fincan qəhvə bu riski 12%, 6 fincan isə 16% azaldır.
Araşdırmada qəhvənin içindəki hansı maddənin insan ömrünü uzatdığı müəyyənləşdirilməyib. Amma üyüdülmüş, hazır və ya kofeinsiz qəhvənin eyni təsirə malik olduğu bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət