Slimfit
  1. İQTİSADİYYAT

“Günay Sığorta” kapital artımını yekunlaşdırıb

“Günay Sığorta” kapital artımını yekunlaşdırıb
Sakura

“Günay Sığorta” kapital artımını yekunlaşdırıb

"Günay Sığorta" ASC nizamnamə kapitalının 500 min manat və yaxud 6,5% artırılaraq 7,7 milyon manatdan 8,2 milyon manata çatdırılması prosesini yekunlaşdırıb.

"Report" "Bakı Fond Birjası" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, kapital artımı üçün hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd yeni adi, sənədsiz, adlı səhm ötən gün Birjada yerləşdirilib və əldə olunub.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Şirkətin səhmləri Yeganə Məmməd qızı Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı) və Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR